23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvSiyasətUNFCCC-nin texniki missiyası COP29-a hazırlıqları qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlıqları qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) texniki missiyası bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesini qiymətləndirmək məqsədilə sentyabrın 6-dan 9-dək Azərbaycanda səfərdədir.

Daylinews-az.com xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidməti məlumat yayıb.

Səfərin ilk günündə missiyanın rəhbəri, UNFCCC Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Nərmin Carçalova ilə görüşüb. Görüş zamanı tədbirə hazırlıqla bağlı bir sıra intensiv əməliyyat prosesləri, tədbir məkanının funksional bölgüsü və təşkilati məsələlər müzakirə olunub.

Eyni zamanda, BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon COP29 Əməliyyat Şirkətinin nümayəndələri ilə görüşərək, konfransın təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımları müzakirə edib. Daha sonra missiya üzvləri Bakı Stadionuna baş çəkərək inşası davam edən və artıq tamamlanmış əməliyyat prosesləri ilə tanış olublar.

Səfərin ikinci günündə nümayəndə heyəti COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən və ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün keçirilən brifinqə qatılıb. Brifinqdə konfransa hazırlıq prosesi və planlar müzakirə edilib.

Üç günlük səfər çərçivəsində missiya nümayəndələri hazırlıq prosesinin müxtəlif istiqamətləri üzrə müvafiq dövlət qurumları və tədbirin aidiyyəti struktur rəhbərləri ilə görüşlər keçirəcək. Eyni zamanda, konfrans iştirakçıları üçün şəhərdə yaradılan qonaqlama, qidalanma və nəqliyyat imkanlarının qiymətləndirilməsi məqsədilə paytaxtdakı otel və rezidensiyalar ziyarət ediləcək.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər