11 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİqtisadiyyatZəfər Gününə qədər şəhid ailələrinin və qazilərin kredit borcları silinir? - AÇIQLAMA

Zəfər Gününə qədər şəhid ailələrinin və qazilərin kredit borcları silinir? – AÇIQLAMA

Zəfər Günü ərəfəsində şəhid ailələri və qazilərin kredit borclarının silinməsi məsələsi cəmiyyətdə böyük maraqla qarşılanır. Mövzu ilə bağlı Daylinews-az.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında qeyd edib ki, bu istiqamətdə bankların müəyyən addımlar atması üçün dövlətin dəstəyinə ehtiyac var.

Ekspert bildirib ki, şəhid ailələri və qazilərin kredit borclarının silinməsi cəmiyyət tərəfindən hər zaman müsbət qarşılanıb və zamanla belə addımlar atılıb. Lakin hazırda belə bir qərarın verilməsi ilə bağlı rəsmi müzakirələr aparılmayıb: “Müharibədən sonra şəhid ailələrinin kredit borclarının silinməsi ilə bağlı addımlar atılıb və bəzi qazilərə də bu güzəştlər şamil olunub. Amma hal-hazırda bu istiqamətdə yeni bir addımın atılması gözlənilmir.”

Natiq Cəfərli vurğulayıb ki, banklar belə addımlar atarkən dövlətdən müəyyən güzəştlər gözləyir: “Bu cür qərarların həyata keçirilməsi üçün Nazirlər Kabineti tərəfindən xüsusi qərar qəbul edilməlidir. Ümid edirik ki, Zəfər Gününə qədər bu müzakirələr baş tutacaq və dövlətin verdiyi dəstək sayəsində banklar şəhid ailələri və qazilər üçün daha bir xoş addım atarlar.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər