9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvCəmiyyət1 500-ə Yaxın Şəxs Ödənişsiz Təhsil Hüququ Qazanıb

1 500-ə Yaxın Şəxs Ödənişsiz Təhsil Hüququ Qazanıb

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, bir sıra dövlət sifarişli yerlər boş qalıb.

Dövlət İmtahan Mərkəzi Daylinews-az.com-ya verdiyi məlumatda bildirib ki, ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında, onların topladığı ballara görə, boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən, 479 magistr tələbəsi və 1002 bakalavr ödənişsiz təhsil almaq hüququ əldə edib. Bu tələbələrin siyahısı ali təhsil müəssisələrinə göndərilib və onlar müvafiq tədbirlər görüləcəkdir. Bundan əlavə, tələbələrə bu barədə şəxsi kabinetlərində qeydiyyatda olan mobil nömrələr vasitəsilə məlumat verilib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər