9 C
Baku
Cümə axşamı, Dekabr 26, 2024
EvSiyasətAlparslan Bayraktar: "Türkiyə bərpa olunan enerji sahəsinə 80 milyard dollar investisiya cəlb...

Alparslan Bayraktar: “Türkiyə bərpa olunan enerji sahəsinə 80 milyard dollar investisiya cəlb etməlidir”

Türkiyə külək və günəş enerjisi üzrə mövcud quraşdırılmış gücünü 4 dəfə artırmağı planlaşdırır və bu məqsədlə ən azı 80 milyard ABŞ dolları investisiya cəlb etməlidir.

Daylinews-az.com-in report-a istinadən verdiyi məlumata görə, bu açıqlamanı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasında keçirilən “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” adlı tədbirdə verib.

Nazir bildirib ki, Türkiyənin 2035-ci ilə qədər bərpa olunan enerji sahəsində ciddi hədəfləri var: “Bu yaxınlarda çox əhəmiyyətli “yaşıl proqram” elan etdik və bu istiqamətə təxminən 30 milyard dollar investisiya lazımdır. Sərmayələrin təmin olunması üçün beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq etməliyik.”

Bayraktar qeyd edib ki, artan enerji tələbatı və enerji təhlükəsizliyi Türkiyə üçün əsas prioritetlərdir: “Enerji idxalından asılılığımızı azaltmaq və karbon neytrallığına nail olmaq üçün 30 ildən az vaxtımız var. Bu məqsədlə Türkiyənin uzunmüddətli enerji strategiyası 5 əsas istiqamətə fokuslanır: bərpa olunan enerji potensialının artırılması, enerji səmərəliliyinin yüksəldilməsi, nüvə enerjisinin genişləndirilməsi, hidrogen istehsalı və batareya saxlanması texnologiyalarından istifadə, eləcə də alternativ enerji sahəsində istifadə olunan mineralların istehsalı.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər