24 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvCəmiyyətAzərbaycanda Bilik Günü qeyd olunur

Azərbaycanda Bilik Günü qeyd olunur

Bu gün Azərbaycanda rəsmi olaraq Bilik Günü qeyd edilir.

Daylinews-az.com-ın verdiyi xəbərə görə, 2004-cü ilin 21 avqustunda Prezident İlham Əliyevin imzaladığı fərmanla, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır və həmin tarix Bilik Günü kimi rəsmi şəkildə təsdiq edilib.

Cari tədris ilində ölkə üzrə I sinifə qəbul olunan şagirdlərin sayı 132 min 261 nəfərdir, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bu il ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Bu məktəblərdə I sinifə 46 min 98, IX sinifə 44 min 233, X sinifə 35 min 757, XI sinifə 32 min 260, XII sinifə isə 156 şagird qəbul olunub.

Bundan başqa, BŞTİ-yə bağlı məktəbəqədər təhsil müəssisələrinə 45 min 201 uşaq, ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlı cəlb olunub.

2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4830 tərbiyəçi-müəllim işləyəcək.

Məlumat üçün qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Bunların 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil məktəbi, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər