Azərbaycan Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümü münasibətilə rəsmi paylaşım edib.
Xarici İşlər Nazirliyinin paylaşımında qeyd olunur:
“Bu gün Bakının erməni daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 106-cı ildönümü tamam olur. 15 sentyabr tarixi, Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifələrindən biri kimi tarixə qızıl hərflərlə yazılıb. Bu gün Bakının azadlığı uğrunda canlarını fəda etmiş bütün qardaş və bacılarımızın xatirəsini dərin hörmətlə anırıq.”