9 C
Baku
Cümə, Dekabr 27, 2024
EvİqtisadiyyatMərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını elan edəcək

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını elan edəcək

Bu həftə Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsi üzrə növbəti qərarını verəcək.

“APA-Economics”ın məlumatına görə, sentyabrın 18-də AMB bu il ərzində faiz siyasəti ilə bağlı altıncı qərarını açıqlayacaq.

Son iki qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini dəyişməz saxlayaraq, onu 7,25%, faiz dəhlizinin aşağı sərhədini 6,25%, yuxarı sərhədini isə 8,25% səviyyəsində qoruyub.

AMB-dən verilən məlumata əsasən, növbəti qərarlar uçot dərəcəsinin saxlanılması və ya artırılması istiqamətində olacaq. Bu, faktiki inflyasiya göstəricilərindən, həmçinin xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq müəyyən ediləcək.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər