Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası baş tutacaq.
MSK-dan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərinin yekunları və onların nəticələri müzakirəyə çıxarılacaq.
Seçkilərin yekun protokolu hazırlandıqdan sonra, MSK 24 saat ərzində bu sənədləri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərəcək.
Konstitusiya Məhkəməsi, öz növbəsində, sənədləri qəbul etdikdən sonra 10 gün ərzində (ehtiyac olduqda bu müddət uzadıla bilər) seçkilərin yekunlarını və nəticələrini yoxlayacaq və təsdiqləyəcək.