3 C
Baku
Çərşənbə axşamı, Dekabr 24, 2024
EvSiyasətMDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Qazaxıstanın paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilib.

Daylinews-az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb.

İclasda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev də iştirak edib. Görüşdən əvvəl nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib.

İclas çərçivəsində MDB ölkələrinin təhlükəsizliyinə xarici təsirlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı birgə mübarizənin səmərəliliyinin artırılması, həmçinin müasir dövrün təhlükəsizlik problemləri müzakirə edilib.

Məruzələrdə vurğulanıb ki, MDB məkanında təhlükəsizliyə qarşı yönəlmiş xarici təsirlər, eləcə də regionda sabitliyin pozulmasını hədəfləyən bəzi xarici qüvvələrin kəşfiyyat və pozuculuq fəaliyyəti Birlik dövlətlərinin xüsusi xidmət orqanlarının daim ayıq-sayıq qalmasını tələb edir. Bu çətinliklərə qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsi və təcrübə mübadiləsinin zəruriliyi qeyd edilib.

Tədbirdə transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiya kimi çağırışların son dövrlərdə daha ciddi təhlükə yaratdığı vurğulanıb. Bu təhlükələrin qarşısını almaq üçün MDB ölkələrinin xüsusi xidmət orqanlarının daha təsirli addımlar atmalı olduğu bildirilib.

İclasın sonunda təhlükəsizliyin təmin olunması və mənfi təzahürlərlə mübarizə aparmaq məqsədilə gələcəkdə həyata keçirilməli olan tədbirlər müzakirə edilib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər