Azərbaycan parlamenti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə bağlı mühüm sazişi təsdiq edəcək.
Daylinews-az xəbər verir ki, Milli Məclisin 8 oktyabrda keçiriləcək iclasında, bu sazişin təsdiqlənməsi gündəlikdədir. Bu sazişə əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP 29), Kioto Protokolunun və Paris Sazişinin Tərəflər Görüşlərinin sessiyaları təşkil ediləcək.