Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gəlib.
Daylinews-az.com xəbər verir ki, Prezident İlham Əliyev Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.