10 C
Baku
Bazar, Dekabr 22, 2024
EvİqtisadiyyatAzərbaycan və Ukrayna sahibkarları əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan və Ukrayna sahibkarları əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycanda səfərdə olan Ukraynanın 20-yə yaxın iş adamı yerli sahibkarlar və biznes assosiasiyalarının nümayəndələri ilə məhsuldar görüşlər keçiriblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına əsasən, “Bakı KOB evi”ndə baş tutan bu tədbirdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev, “CEO Club London”un prezidenti Sergey Qaydaçuk, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktor müavini Zöhrab Qədirov iştirak ediblər.

Görüşdə Azərbaycanda biznesin inkişafı və investisiya üçün yaranan şərait, sahibkarlara göstərilən dəstək və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Sahibkarların sualları cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində həmçinin Azərbaycan və Ukrayna sahibkarları arasında B2B görüşlər keçirilib, burada tərəflər əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər