Azərbaycanda səfərdə olan Ukraynanın 20-yə yaxın iş adamı yerli sahibkarlar və biznes assosiasiyalarının nümayəndələri ilə məhsuldar görüşlər keçiriblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına əsasən, “Bakı KOB evi”ndə baş tutan bu tədbirdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev, “CEO Club London”un prezidenti Sergey Qaydaçuk, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktor müavini Zöhrab Qədirov iştirak ediblər.
Görüşdə Azərbaycanda biznesin inkişafı və investisiya üçün yaranan şərait, sahibkarlara göstərilən dəstək və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Sahibkarların sualları cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində həmçinin Azərbaycan və Ukrayna sahibkarları arasında B2B görüşlər keçirilib, burada tərəflər əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.