Azərbaycan Gimnastika Federasiyası, oktyabrın 16-19-da Bakıda keçiriləcək “TeamGym” üzrə Avropa çempionatının startına geri sayımı davam etdirir.
Daylinews-az.com-in məlumatına görə, yarışın başlanmasına cəmi 15 gün qalıb.
Bu mötəbər idman tədbirində 14 ölkənin komandaları mübarizə aparacaq. Çempionatda iştirak edəcək ölkələr arasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və ev sahibi Azərbaycan yer alır.
Xatırladaq ki, “TeamGym” Avropa gimnastikasında populyar olan bir komanda yarış növüdür və üç müxtəlif çıxış növündən ibarətdir: xalça üzərində çıxışlar, tamblinq treki və trampet (kiçik batut) yarışları.