Azərbaycanın Xarici İşlər Nazirliyi, Nepalda baş verən təbii fəlakət nəticəsində çoxsaylı insan itkisi və dağıntılarla bağlı başsağlığı verib.
Daylinews-az.com-nın verdiyi məlumata əsasən, XİN-in “X” sosial şəbəkə hesabında yayımlanan paylaşımda deyilir:
“Nepalda baş verən və yüzlərlə insanın həyatını itirməsinə səbəb olan sel və torpaq sürüşməsi xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə başsağlığı diləyir, yaralıların tezliklə sağalmasını arzulayırıq. Bu çətin günlərdə Nepalla tam həmrəyik.”