5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətCOP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 45001 sertifikatına layiq görülüb

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 45001 sertifikatına layiq görülüb

COP29 Azərbaycan Əməliyyat Şirkəti müstəqil nəzarət, audit, sertifikatlaşdırma və risklərin idarə olunması üzrə ixtisaslaşmış qlobal “Bureau Veritas Certification Holding SAS” şirkəti tərəfindən keçirilən xarici audit prosesi nəticəsində beynəlxalq ISO 45001 idarəetmə sistemi sertifikatını alıb.

Daylinews-az.com xəbər verir ki, bu sertifikat 2 oktyabr 2024-cü ildə Azərbaycana səfər edən “Bureau Veritas” şirkətinin nümayəndəsi Nahla Abid tərəfindən rəsmi olaraq COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə keçirilən görüş zamanı təqdim olunub.

Bu görüş çərçivəsində tərəflər təhlükəsiz iş mühitinin yaradılmasının vacibliyi və bu sahədə beynəlxalq standartlara uyğun fəaliyyət göstərilməsinin əhəmiyyəti barədə ətraflı müzakirələr aparıblar. Nahla Abid qeyd edib ki, bu beynəlxalq sertifikatın alınması COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməyin mühafizəsi sahəsində dayanıqlı strateji yanaşma sərgilədiyini və təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirdiyini sübut edir. O, şirkətin bu sahədə beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirib.

Nərmin Carçalova isə öz növbəsində vurğulayıb ki, bu nailiyyət COP29 Azərbaycan Əməliyyat Şirkətində iş şəraitinin daima təkmilləşdirilməsi və işçilərin təhlükəsizliyinin daha da artırılmasına töhfə verəcək. O bildirib ki, iş mühitinin təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər şirkətin dayanıqlılığını gücləndirir və gələcəkdə daha da inkişaf etdirilməlidir.

Qeyd edək ki, ISO 45001 standartı müəssisələrdə qəzaların qarşısının alınması, əməyin mühafizəsi və işçilər üçün təhlükəsiz şəraitin təmin olunması məqsədilə dünya miqyasında tətbiq edilən qlobal səviyyəli idarəetmə sistemidir. Bu standartın məqsədi iş mühitində sağlamlıq və təhlükəsizlik səviyyəsinin artırılması, həmçinin əməyin mühafizəsini gücləndirmək və mümkün riskləri minimuma endirməkdir. COP29 Azərbaycan Əməliyyat Şirkəti bu sertifikatla bir daha təsdiq edir ki, işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq standartlara uyğun sistemlər tətbiq edir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər