Limonlu suyun sağlamlığa faydaları olduğu qədər, bəzi zərərləri də ola bilər. Mütəxəssislər limonlu su istehlakı ilə bağlı bir sıra vacib məqamları diqqətə çatdırırlar.
Limonlu suyun faydaları
- Vitamin mənbəyi: Limon C vitamini ilə zəngindir, bu da immun sistemini gücləndirir və orqanizmin virus və bakteriyalara qarşı müqavimətini artırır.
- Maddələr mübadiləsinin sürətlənməsi: Limonlu su artıq çəkidən qurtulmağa kömək edir və maddələr mübadiləsini yaxşılaşdırır.
- Qanda şəkərin səviyyəsinə nəzarət: Pektin, efir yağları və üzvi turşular limonlu suyun ödqovucu, antioksidant və iltihab əleyhinə təsir göstərməsinə səbəb olur.
- Dəmirin mənimsənilməsi: Limon suyu dəmirin daha yaxşı sorulmasına kömək edir.
Mütəxəssislərdən məhdudiyyətlər və xəbərdarlıqlar
Həkimlər limonlu su içərkən bəzi məhdudiyyətlərə riayət etməyi tövsiyə edirlər:
- Gündəlik miqdar: Limonlu su istehlakı gündə üç stəkandan artıq olmamalıdır.
- Mədə problemləri: Qastrit, xora və ya həssas mədə problemləri olan şəxslər limonlu sudan uzaq durmalıdırlar.
- Allergiya riski: Limon güclü allergendir. Allergiyası olan şəxslərin limonlu su içməsi tövsiyə edilmir.
- Diş minası: Limon turşusu diş minasına zərər verə bilər. Bu təsiri minimuma endirmək üçün limonlu suyu çöp vasitəsilə içmək məsləhətdir.
Nəticə: Limonlu su sağlamlıq üçün faydalı bir içki olsa da, həddindən artıq istehlak edilməsi və bəzi sağlamlıq vəziyyətlərində istifadəsi problem yarada bilər. Hər zaman həkim məsləhəti ilə istifadə etmək vacibdir.