Məşhur kikboksçu Zabit Səmədov öz instaqram hesabında Gürcüstanda keçiriləcək seçkilərlə bağlı mövqeyini ifadə edib və həmvətənlərinə müraciət ünvanlayıb.
Daylinews-az.com xəbər verir ki, Zabit Səmədov son illərdə Azərbaycanla Gürcüstan arasında əlaqələrin daha da gücləndiyini vurğulayıb. O, hər iki ölkənin rəhbərlərinin bu əlaqələrin inkişafında böyük rol oynadığını qeyd edib:
“Zaman keçdikcə bu əlaqələrin daha da sıx olacağına inanıram. İndi isə Gürcüstan ciddi seçim qarşısındadır. Gürcüstan inkişaf, dostluq və mehriban qonşuluq yolunu davam etdirəcəkmi? Bu sualların cavabı aydındır. Həmyerlilərimi qarşıdan gələn seçkilərdə “Gürcü arzusu”nu dəstəkləməyə və 41-ə səs verməyə çağırıram.”