10 C
Baku
Çərşənbə, Dekabr 25, 2024
EvSiyasətİlham Əliyevdən Moldova Prezidenti Maya Sanduya təbrik

İlham Əliyevdən Moldova Prezidenti Maya Sanduya təbrik

Prezident İlham Əliyev Moldova Prezidenti Maya Sanduya məktub ünvanlayaraq onu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik edib.

“Daylinews-az”nun məlumatına görə, təbrik məktubunda Prezident Əliyev iki ölkə arasındakı münasibətlərin bugünkü inkişaf dinamikasından məmnun olduğunu bildirib. Azərbaycanın Moldova ilə dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələri hərtərəfli inkişaf etdirməyə önəm verdiyini vurğulayıb.

İlham Əliyev həmçinin Azərbaycanla Moldova arasında ənənəvi dostluq münasibətlərinin və birgə maraq doğuran əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Məktubda Prezident Maya Sanduya can sağlığı, xoşbəxtlik və Moldova xalqının firavanlığı naminə uğurlar arzulanıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər