Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Qarabağ” Norveçdə “Budyo Qlimt” komandası ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Norveçin “Aspmira” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Görüşü Portuqaliyalı hakimlər briqadası – Luis Qodinyu, Rui Teixeyra, Pedru Almeyda və Andre Narkiso idarə edəcək.
“Daylinews-az” turnirin əvvəlki oyunlarında “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabları ilə məğlub olaraq qrupda sonuncu yerdə qərarlaşıb. Növbəti oyunda isə Ağdam klubu Bakıda Fransanın “Olimpik Lion” komandasını qəbul edəcək.
UEFA Avropa Liqası Liqa mərhələsi, IV tur
7 noyabr
21:45 “Budyo Qlimt” – “Qarabağ”
Hakimlər: Luis Qodinyu, Rui Teixeyra, Pedru Almeyda, Andre Narkiso
Hakim-inspektor: Ante Vuçemiloviç (Xorvatiya)
UEFA nümayəndəsi: Tammo Beyshuyzen (Niderland)
Stadion: “Aspmira”
Heyətlər:
“Budyo Qlimt”:
- 12. Haykin, 20. Syovold, 2. Nielsen, 4. Byortuft, 15. Byorkan, 26. Evyen, 7. Berq (k), 14. Saltnes, 77. Zikernaqel, 94. Mikkelsen, 23. Hauqe
- Ehtiyat oyunçular: 44. Bryöndbü, 5. Venbanqomo, 6. Qundersen, 8. Auklend, 11. Espeyord, 19. Fet, 21. Helmersen, 25. Maatta, 27. Syorli, 29. Tomiç, 30. Sorensen, 99. Juqen
- Baş məşqçi: Hyetil Knutsen
“Qarabağ”:
- 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 66. Patrik Andrade, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Emmanuel Addai, 18. Juninyo
- Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 2. Mateus Silva, 7. Yassin Benzia, 13. Bəhlul Mustafazadə, 15. Lenadro Andrade, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 29. Marko Veşoviç
- Baş məşqçi: Qurban Qurbanov