“Real”ın ulduz futbolçusu Kilian Mbappe yenidən Fransa millisinin düşərgəsinə qatılmayacaq.
Daylinews-az.com insayder Fabrizio Romanoya istinadən bildirir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam məsələ ilə bağlı açıqlama verib: “Killianla danışıqlar apardıq və mən qərarı verdim. Bu cür etsək, daha yaxşıdır. Mbappe bizimlə gəlmək istəyirdi. Bu, başqa səbəblərlə əlaqəli deyil.”
Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasında növbəti oyunlarını 14 noyabrda İsrail, 17 noyabrda isə İtaliya millisinə qarşı keçirəcək.