İngiltərə Premyer Liqasında XXI əsrin ən yaxşı baş məşqçisi müəyyənləşib.
Daylinews-az.com-ın məlumatına görə, “Goal” portalının hazırladığı reytinqdə “Mançester Yunayted” klubunun əfsanəvi keçmiş baş məşqçisi Aleks Ferqyuson birinci yeri tutub. 82 yaşlı eks-mütəxəssis 2000-ci illərdə Premyer Liqada fəaliyyət göstərmiş 25 məşqçi arasında lider olaraq seçilib.
Reytinqin ilk üçlüyündə Ser Aleksdən sonra “Mançester Siti”nin hazırkı baş məşqçisi Xosep Qvardiola və “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger yer alıb.
21-ci əsrdə Premyer Liqanın ən yaxşı 10 məşqçisi:
- Aleks Ferqyuson – “Mançester Yunayted”
- Xosep Qvardiola – “Mançester Siti”
- Arsen Venger – “Arsenal”
- Joze Mourinyu – “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”
- Yurgen Klopp – “Liverpul”
- Karlo Ançelotti – “Çelsi”, “Everton”
- Roberto Mançini – “Mançester Siti”
- Antonio Konte – “Çelsi”, “Tottenhem”
- Manuel Pelleqrini – “Mançester Siti”, “Vest Hem”
- Klaudio Ranyeri – “Çelsi”, “Lester”, “Fulhem”