9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvCəmiyyətMəktəbəhazırlıq qruplarının önəmi - Ekspertin açıqlaması

Məktəbəhazırlıq qruplarının önəmi – Ekspertin açıqlaması

Oktyabrın 1-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərslər başlayıb. Bu il 93 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub.

Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına 5 yaşı tamam olmuş uşaqlar qəbul edilir və təhsil dövlət hesabına həyata keçirilir. Bununla yanaşı, bəzi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları ödənişli əsasda təşkil edilə bilər.

Elm və təhsil eksperti Elnur Aydın Daylinews-az.com-a açıqlamasında məktəbəhazırlıq qruplarının uşaqların inkişafına böyük təsir göstərdiyini bildirib:

“Uşaqlar bu qruplarda erkən yaşlardan ünsiyyət, əməkdaşlıq və paylaşmağı öyrənir, oxu, yazı və riyazi bacarıqlara yiyələnirlər. Bu isə onların məktəb həyatına rahat uyğunlaşmasına kömək edir. Məktəbəqədər hazırlıq qrupları uşaqların özünəinamını artırır və yeni məktəb qaydalarına adaptasiyasını təmin edir. Həmçinin onların motorik bacarıqları inkişaf etdirilir.”

Ekspert əlavə edib ki, məktəbəqədər hazırlıq uşaqların gələcək məktəb həyatında uğurlu olmasına və onların zehni, emosional, fiziki və psixi inkişafına müsbət təsir göstərir:

“Bu qruplar uşaqların gələcək təhsillərində uğur qazanmaları üçün güclü təməl yaradır və onların məktəbə hazır olmasını təmin edir.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər