Bu gün UEFA Millətlər Liqasında 4-cü turun oyunlarına yekun vurulub.
Daylinews-az.com xəbər verir ki, bu gün keçirilən 8 qarşılaşma maraqlı nəticələrlə yadda qalıb.
A Liqasının 1-ci qrupunda Şotlandiya və Portuqaliya milliləri 0:0 hesabı ilə bərabərə qalıb. Polşa və Xorvatiya arasında baş tutan oyunda isə gərgin mübarizə nəticəsində 6 qol qeydə alınıb və oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. Daha bir qarşılaşmada İsveçrə və Danimarka 2:2 bərabərliklə kifayətləniblər.
Günün ən diqqətçəkən nəticəsi isə İspaniya millisinin Serbiya üzərində 3:0 hesablı qələbəsi olub. Ev sahibi komanda bu inamlı qələbə ilə liderliyini davam etdirib.
UEFA Millətlər Liqası 15 oktyabr
A Liqası, 1-ci qrup Şotlandiya – Portuqaliya 0:0
Polşa – Xorvatiya 3:3 Qollar: Zelinski, 5. Zalevski, 45. Şimanski, 68 – Sosa, 19. Suçiç, 24. Baturina, 26.
Xallar: Portuqaliya – 10. Xorvatiya – 7. Polşa – 4. Şotlandiya – 1.
A Liqası, 4-cü qrup İsveçrə – Danimarka 2:2 Qollar: Freuler, 26. Amduni, 45+1 – İsaksen, 27. Eriksen, 69.
İspaniya – Serbiya 3:0 Qollar: Laporte, 5. Morata, 65. Baena, 77.
Xallar: İspaniya – 10. Danimarka – 7. Serbiya – 4. İsveçrə – 1.
C Liqası, 2-ci qrup Litva – Rumıniya 1:2 Qollar: Kuçis, 7-pen – Marin, 18-pen. Draquş, 65.
Kosovo – Kipr 3:0 Qollar: Rrahmani, 30. Krasniqi, 52. Sahiti, 71.
Xallar: Rumıniya – 12. Kosovo – 9. Kipr – 3. Litva – 0.
C Liqası, 3-cü qrup Belarus – Lüksemburq 1:1 Qollar: Politeviç, 54 – Q.Rodriqes, 78-pen.
Şimali İrlandiya – Bolqarıstan 5:0 Qollar: Prays, 15; 29; 81. Mitov, 32-öz qapısına. Macennis, 89.
Xallar: Şimali İrlandiya – 7. Belarus – 6. Bolqarıstan – 5. Lüksemburq – 2.