Milli Məclisin növbəti iclası 18 oktyabrda keçiriləcək. Daylinews-az xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.
Gündəliyə daxil olan məsələlər aşağıdakılardır:
- “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişikliklər (üçüncü oxunuş).
- Miqrasiya Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər (ikinci oxunuş).
- Milli Məclisin Daxili Nizamnaməsi, “Konstitusiya Məhkəməsi haqqında” və “Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər (ikinci oxunuş).
- “Turizm haqqında” qanunda dəyişikliklər (ikinci oxunuş).
- Cinayət Məcəlləsində dəyişikliklər (ikinci oxunuş).
- İnzibati Xətalar Məcəlləsində dəyişikliklər (ikinci oxunuş).
- Bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsi.
- “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavələr.
- “Silahlı Qüvvələr haqqında” qanunda dəyişikliklər (birinci oxunuş).
- “Hərbi xidmətkeçmə haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər (birinci oxunuş).
- Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər (birinci oxunuş).
- “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişikliklər (birinci oxunuş).
- “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişikliklər (birinci oxunuş).
- “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişikliklər (birinci oxunuş).
- “Torpaq icarəsi haqqında” qanunda dəyişikliklər (birinci oxunuş).