Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu bəyan edib.
Daylinews-az xəbər verir ki, Tokayev bu təklifi Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla danışıqları zamanı irəli sürüb.
Prezidentlər ticari-iqtisadi, nəqliyyat-logistika, aqrar, maliyyə, mədəni-humanitar və rəqəmsallaşma sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Həmçinin, Qazaxıstan və Ermənistan liderləri regional və beynəlxalq gündəliyin aktual məsələlərinə də toxunublar.





