23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvSiyasətMN-də struktur dəyişikliyi: Anar Eyvazov yeni idarə rəisi təyin edilib

MN-də struktur dəyişikliyi: Anar Eyvazov yeni idarə rəisi təyin edilib

Müdafiə Nazirliyində mühüm struktur dəyişikliyi baş verib. Nazirliyin Mətbuat xidməti ləğv edilib və onun əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb.

“Daylinews-az”nun məlumatına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən, yeni yaradılan idarənin rəisi vəzifəsinə polkovnik Anar Eyvazov təyin edilib. Bu təyinat Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilməsi və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq daha effektiv tətbiqi məqsədini daşıyır.

Polkovnik Anar Eyvazov bu vəzifəyə təyin olunmadan əvvəl Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsində çalışırdı.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər