11 C
Baku
Çərşənbə, Dekabr 4, 2024
EvİdmanFərid Qayıbov Hindistana rəsmi səfər edib

Fərid Qayıbov Hindistana rəsmi səfər edib

Gənclər və idman naziri Fərid Qayıbov, UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasının IX Sessiyasının (COP9) Bürosunun vitse-prezidenti olaraq Hindistanın paytaxtı Yeni Dehli şəhərinə səfər edib.

“DailiNews”un verdiyi xəbərə görə, səfər zamanı Fərid Qayıbov COP9 Bürosunun və Təsdiq Komitəsinin üzvləri ilə keçirilən birgə iclasa qatılıb. İclasda dopinqə qarşı mübarizə ilə bağlı beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilib və konvensiyanın həyata keçirilməsi ilə əlaqədar vacib məqamlar nəzərdən keçirilib.

Bundan əlavə, nazir Hindistanda NADA (Milli Antidopinq Agentliyi) ilə Dehli Milli Hüquq Universiteti arasında imzalanan Anlaşma Memorandumunun mərasimində iştirak edib. Bu memorandum idmanda dopinqin qarşısının alınması sahəsində hüquqi təməllərin möhkəmləndirilməsi məqsədini daşıyır.

Səfər çərçivəsində Fərid Qayıbov həmçinin Hindistanın gənclərlə iş və idman naziri Mansux Mandaviya və dövlət naziri Rakşa Nikhil Xadse ilə görüşlər keçirib. Görüşlər zamanı iki ölkə arasında idman və gənclər sahəsində mövcud əməkdaşlığın vəziyyəti və gələcəkdə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər