Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun Milli Məclis sədrinin birinci müavini postuna namizədliyi irəli sürülüb. Musa Qasımlı və Rafael Hüseynovun da parlament sədrinin müavini vəzifəsinə namizədləri təsdiqlənib.
Keçmiş çağırışda sədr müavini olan Fəzail İbrahimli bu vəzifəni yeni çağırışda tutmayacaq.
Əldə olunan digər məlumata əsasən, VII çağırışda parlament sədrinin birinci müavini və əlavə üç vitse-spiker olacaq, bu da müavinlərin sayının artmasını göstərir.
Bugünkü iclasda Milli Məclis sədrinin müavinlərinin seçilməsi müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində, Əli Əhmədov birinci vitse-spiker, Musa Qasımlı və Rafael Hüseynov vitse-spiker vəzifələrinə seçiliblər. Eyni zamanda, Ziyafət Əsgərov da vitse-spiker postunu tutub.
Xatırladaq ki, sentyabrın 1-də növbədənkənar parlament seçkiləri baş tutmuşdu və sentyabrın 21-də Konstitusiya Məhkəməsi tərəfindən bu seçkilərin nəticələri təsdiq edilib.