Son vaxtlar şabalıdın qiymətində ciddi artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, hazırda bazarda şabalıdın qiyməti 12-13 manat arasında dəyişir.
Alıcılar əsasən Qəbələ və Zaqatala şabalıdına üstünlük verirlər. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, qiymət artımının əsas səbəbi qeyri-sabit hava şəraitinin təsərrüfata vurduğu ziyandır. Bununla yanaşı, xaricdən gətirilən şabalıd məhsulları da yerli bazarda qiymətlərin qalxmasına təsir göstərir.