7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvSiyasətPrezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb

Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də BMT-nin Baş katibi Antonio Quterreş ilə görüş keçirib.

BMT Baş katibi Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib və bu məsul vəzifədə uğurlar arzulayıb. Antonio Quterreş vurğulayıb ki, BMT Katibliyi Azərbaycan nümayəndə heyəti ilə sıx əməkdaşlıq edir və Azərbaycanın sədrliyinin uğurla aparılması üçün BMT hər cür dəstək göstərməyə hazırdır. Baş katib həmçinin COP çərçivəsində G20 tədbirinə və COP-un bağlanış mərasiminə də qatılacağını bildirib.

Görüşdə builki COP-un gündəliyində maliyyə hədəfləri mövzusunun xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Prezident İlham Əliyev Azərbaycan olaraq müxtəlif ölkələr arasında konsensusun əldə edilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.

Həmçinin, qlobal iqlim dəyişmələrinin əhəmiyyəti müzakirə olunub və bu məsələnin “Gələcəyin Sammiti” və BMT-nin digər sənədlərində prioritet mövzular arasında olduğu qeyd edilib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər