Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti oktyabrın 13-də İsveçrənin Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
Daylinews-az.com-nın məlumatına görə, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsindəki və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək. O, Assambleyada iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Eyni zamanda, Azərbaycan parlamentinin spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.