Almaniyalı məşqçi Tomas Tuxel İngiltərə milli komandasının baş məşqçisi postuna əsas namizədlərdən biri hesab olunur.
Daylinews-az.com xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb. Xəbərə görə, İngiltərə Futbol Assosiasiyası (FA) hal-hazırda Tuxel ilə müqavilə şərtlərini müzakirə edir və onun yığmaya rəhbərlik etməsi məsələsində irəliləyiş əldə olunub.
Tuxel uzun illər ərzində həm Almaniyada, həm də Avropanın ən güclü klublarında uğurlar əldə edib və xüsusilə “Bayern Münhen”də qazandığı təcrübə ilə tanınır. Onun İngiltərə millisinə gətiriləcəyi ehtimalı ölkədə böyük maraqla qarşılanıb.
Xatırladaq ki, hazırda İngiltərə millisinin baş məşqçisi postunu müvəqqəti olaraq Li Karsli tutur. FA-nın tezliklə bu vəzifə ilə bağlı yekun qərarını verməsi gözlənilir.