15 C
Baku
Cümə, Noyabr 8, 2024
EvİdmanFransız futbolçu Mbappe təcavüzdə ittiham edilir – işi İsveç prokurorluğu araşdırır

Fransız futbolçu Mbappe təcavüzdə ittiham edilir – işi İsveç prokurorluğu araşdırır

25 yaşlı fransız futbolçu təcavüz və seksual zorakılıqda ittiham olunur.

Fransız futbolçu Kilian Mbappe seksual zorakılıqda “əsaslı şübhə” ilə bağlı istintaq altındadır. Prokurorluq artıq araşdırmaya başlayıb, bu barədə Expressen nəşri məlumat yayıb.

Keçən həftə “Real Madrid” hücumçusu olan 25 yaşlı Mbappe gözlənilməz şəkildə Stokholma səfər edib. Onu cümə axşamı şəhərin mərkəzində gecə qonaqlığında görüblər, cümə gününə qədər qalmışdır. Mbappe, prestijli Östermalm rayonunda yerləşən Chez Jolie restoranında nahar etmiş, daha sonra V gecə klubuna baş çəkmişdir.

Polis hesabatına görə, güman edilən seksual zorakılıq hadisəsi 10 oktyabrda baş verib, cinayət barədə polisə məlumat isə iki gün sonra verilib. Polis sözçüsü Daniel Vikdal bildirib ki, iş prokuror tərəfindən araşdırılır.

İlk olaraq ittiham barədə məlumat verən İsveçin Aftonbladet qəzeti, güman edilən zorakılıq hadisəsinin Mbappe’nin qaldığı oteldə baş verdiyini qeyd edir. Xəbərdə bildirilir ki, bazar ertəsi Bank Oteldə, Mbappe’nin yaşadığı yerdə polis və məhkəmə tibbi ekspertləri iş başında olublar.

X (əvvəlki Twitter) sosial şəbəkəsində verdiyi şərhlərdə Mbappe ittihamları “saxta xəbərlər” adlandıraraq rədd edib. O, həmçinin bu ittihamların irəli sürülmə vaxtına təəccübləndiyini bildirib, çünki çərşənbə axşamı keçmiş klubu “Paris Sen-Jermen”dən tələb etdiyi 55 milyon avroluq ödəmə və maaş bonusları ilə bağlı məhkəmə dinləmələrində iştirak etməlidir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər