EvSiyasətCOP29 çərçivəsində Parlament Konfransının təşkili müzakirə olunub

COP29 çərçivəsində Parlament Konfransının təşkili müzakirə olunub

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.

Daylinews-az-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Martin Çunqonq Azərbaycanın təşkilatda fəal təmsil olunmasını yüksək qiymətləndirib.

Görüş zamanı, noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə bağlı hazırlıq işləri də müzakirə edilib. Tədbirin parlament platforması üzərindən iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm dəstək verəcəyi qeyd olunub. Həmçinin vurğulanıb ki, bu konfrans iqlim dəyişikliyi ilə bağlı yeni ideya və təkliflərin mübadiləsi üçün parlamentarilərə geniş imkan yaradacaq.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər