9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİdmanAFFA-dan Premyer Liqa klublarına cəza və cərimələr

AFFA-dan Premyer Liqa klublarına cəza və cərimələr

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib və Misli Premyer Liqasının 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Daylinews-az.com-ın məlumatına görə, “Neftçi” – “Səbail” matçının 81-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alıb və 1 oyunluq cəza verilib. Bununla yanaşı, Bakı klubu 1000 manat cərimələnib. Eyni oyunun fasiləsində meydançaya kənar şəxsin daxil olduğu üçün “Neftçi”yə 800 manat cərimə tətbiq edilib.

“Zirə” – “Sabah” oyununun 45+4-cü dəqiqəsində “Sabah”ın köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. O, 1 oyun şərti olmaqla, 2 oyunluq cəzalanıb və klub 1000 manat cərimə edilib.

“Sumqayıt” – “Turan Tovuz” oyununun ikinci hissəsi “Turan Tovuz”un meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 1500 manat cərimə olunub.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər