Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Konkisürmə Birliyinə (ISU) yeniyetmələr arasında Qran-pri yarışının 2025-ci ildə ölkəmizdə keçirilməsi ilə bağlı göndərdiyi müraciət müsbət qiymətləndirilib.
Daylinews-az.com-in verdiyi məlumata görə, federasiya tərəfindən təqdim olunan sənədlərin ətraflı müzakirəsindən sonra ISU 2025-ci ilin 24-27 sentyabr tarixlərində yarışın Azərbaycanda keçirilməsinə dair qərar qəbul edib.
Bu Qran-priyə 20-dən çox ölkədən 150-yə yaxın idmançının qatılacağı gözlənilir.
Qeyd etmək lazımdır ki, bu irimiqyaslı idman yarışı Azərbaycanın fiqurlu konkisürmə tarixində ilk dəfə keçiriləcək. Yarışın təşkilindən sonra Azərbaycan Qış İdman Növləri Federasiyası ölkəmizdə fiqurlu konkisürmə üzrə dünya çempionatının keçirilməsi üçün də müraciət etməyi planlaşdırır.