7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvSiyasətÇinin Baş Prokurorunun Müavini Azərbaycanda

Çinin Baş Prokurorunun Müavini Azərbaycanda

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransı çərçivəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndələri ilə görüşlər davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun APA-ya verdiyi məlumata əsasən, bu gün Azərbaycan Baş prokuroru Kamran Əliyev, Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokurorunun birinci müavini Jianming Tongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Kamran Əliyev, ölkələrimiz arasında qədimdən mövcud olan ikitərəfli əlaqələrin vacibliyini qeyd edib və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu əlaqələrin son illərdə sürətlə inkişaf etdiyini vurğulayıb.

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu ilə Azərbaycan Respublikasının Prokurorluğu arasında əməkdaşlıq barədə imzalanmış sazişlərdən danışan Kamran Əliyev, iki ölkənin prokurorluq orqanları arasında möhkəm əməkdaşlıq əlaqələrinin formalaşdığını qeyd edib və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Baş prokuror əlavə edib ki, cari ilin iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə görüşü zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilib. Bu sənəd, iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcıdır.

Kamran Əliyev həmçinin vurğulayıb ki, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı olan COP29-a ev sahibliyi etməsi böyük əhəmiyyət daşıyır. O, bu tədbir zamanı Baş Prokurorluğun UNODC ilə birgə təşkil edəcəyi “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı iclas barədə məlumat verərək qonaqları bu tədbirə dəvət edib.

Jianming Tong, səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan prokurorluq orqanlarında aparılan islahatları yüksək qiymətləndirib. O, iki ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edərək Azərbaycanın “Vahid Çin” siyasətinə dəstəyinə görə təşəkkürünü bildirib.

Tərəflər daha sonra iki ölkənin prokurorluq orqanları arasında hüquqi və institusional əməkdaşlıq məsələlərini, habelə beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər