“COP29-un keçirilməsinə 41 gün qalıb, bu tədbiri birlikdə uğurla həyata keçirəcəyik,” – deyə COP28 Enerji keçidinin direktoru Abdulla Malek Bakı İqlim Fəaliyyəti Həftəsinin açılışında, “Azərbaycanın enerji keçidi” panelində bildirib.
APA-nın məlumatına görə, Abdulla Malek ənənəvi yanacaq mənbələrindən qeyri-ənənəvi enerjiyə keçidin çətin olduğunu vurğulayıb və deyib ki, alternativ yanacaq mənbələrinin tapılması zəruridir. O, bərpa olunan enerjilərin səmərəliliyini artırmağın vacibliyini qeyd edərək 2030-cu ilə qədər bu keçidi sürətləndirmək lazım olduğunu bildirib. Həmçinin yaşıl enerjinin saxlanması və onun üçün vacib infrastrukturun qurulmasının COP29-da əsas diqqət mərkəzində olacağını əlavə edib.