Azərbaycanın iqtisadi inkişaf modeli artıq beynəlxalq aləmdə uğurla özünü təsdiqləyib.
Daylinews-az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri iqtisadi məsələlərə həsr olunmuş müşavirədə səsləndirib.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan öz təbii resurslarına əsaslanaraq güclü və müstəqil iqtisadiyyat yaradıb: “Biz heç bir ölkədən asılı deyilik. İqtisadi müstəqilliyimiz bizə beynəlxalq arenada geniş imkanlar açır. Bu imkanlar Azərbaycanı müstəqil xarici siyasət yürütməkdə gücləndirir və biz bu siyasəti uğurla, inamla, şərəflə həyata keçiririk və gələcəkdə də davam etdirəcəyik”.