UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” – “Qarabağ” oyununun başlama vaxtı dəyişdirilib.
Daylinews-az.com xəbər verir ki, “Qarabağ” klubu bu barədə rəsmi açıqlama yayıb. Klubun məlumatına görə, Londonda yaranan böyük tıxac Ağdam təmsilçisinin “Tottenhem Hotspur” stadionuna vaxtında çatmasına mane olub.
Bu səbəbdən UEFA nümayəndələri oyunun Bakı vaxtı ilə 23:00-da deyil, saat 23:35-də başlanmasına qərar veriblər.