11 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətAzərbaycan şəhərlərinin Hadrut, Xocalı, Xocavənd və Ağdərə günü təsis edildi – SƏRƏNCAM

Azərbaycan şəhərlərinin Hadrut, Xocalı, Xocavənd və Ağdərə günü təsis edildi – SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamına dəyişikliklər edilməsi barədə yeni sərəncam imzalayıb.

Bu haqda Azərtac məlumat yayıb.

Sərəncama əsasən aşağıdakı dəyişikliklər edilib:

  • Üçüncü-doqquzuncu bəndlər dördüncü-onuncu bəndlər kimi qeyd olunur;
  • Üçüncü bənd kimi aşağıdakı məzmun əlavə edilir: “20 sentyabr – Hadrut, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü.”

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Prezidentin müvafiq xüsusi nümayəndəlikləri ilə birgə, bu sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı lazımi tədbirlərin görülməsi tapşırılıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görmək tapşırılıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər