2025-ci ildə Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) həcmi 129,2 milyard manat səviyyəsində proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Proqnoza əsasən, bu məbləğin 92,2 milyard manatı qeyri-neft sektoruna aid olacaq və bu sektorda artımın 4,9% təşkil edəcəyi gözlənilir.
2024-cü ildə ÜDM artımı 4,2%, 2025-ci ildə isə 3,5% səviyyəsində proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə ümumi daxili məhsul 80 milyard 960,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur.