9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvCəmiyyət“Gələcəyimizi qoruyan planet inşa edək”

“Gələcəyimizi qoruyan planet inşa edək”

Nyu-Yorkda, 20-24 sentyabr tarixlərində BMT-nin Baş Qərargahında baş tutmuş “Gələcəyin Sammiti”ndə iştirak edən bir sıra xarici QHT və vətəndaş cəmiyyəti nümayəndələri, Azərbaycanın COP29-a evsahibliyi etməsini və qlobal iqlim dəyişikliklərinə qarşı verdiyi mühüm töhfələri vurğulayan birgə bəyanat yayımlayıblar.

Daylinews-az.com xəbər verir ki, bəyanat 22 ölkədən 44 qeyri-hökumət təşkilatının nümayəndəsi tərəfindən imzalanıb.

Bəyanatın adı “Birlikdə sağalmaq: davamlı gələcək üçün inklüziv yollar” adlanır və COP29 ərəfəsində inklüzivliyin və ədalətin iqlim müzakirələrində mərkəzi yer tutmasının vacibliyi vurğulanıb. Qeyd edilir ki, iqlim dəyişikliyi hamıya təsir etsə də, ən böyük zərər həssas icmalara və ölkələrə dəyir. Bu səbəbdən bu qrupların səsləri eşidilməli və siyasətlərin formalaşmasında onların aktiv iştirakı təmin olunmalıdır. Bəyanatda həmçinin qadınların, gənclərin və digər sosial qrupların təmsilçiliyinin artırılmasının vacibliyi vurğulanır.

Vətəndaş cəmiyyəti təşkilatlarının bu səsləri gücləndirməkdə əhəmiyyətli rol oynadığı qeyd edilərək, COP29-da inklüzivliyi əsas prioritet etmək və həllərin ədalətli, təxirəsalınmaz və praktiki olmasını təmin etmək çağırışı edilir. Bəyanatda dünyada iqlim dəyişikliyindən əziyyət çəkən həssas icmalara həmrəylik mesajı da verilir və onların səsi olan vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq etməyə hazır olunduğu bildirilir.

Bu həmçinin COP29 öncəsi və sonrası proseslərdə həssas qrupların, qadınların və gənclərin səslərinin daha güclü şəkildə iqlim müzakirələrində yer alması üçün əməkdaşlıq təklif olunur. Bəyanatın əsas mesajı isə bütün maraqlı tərəflərin bir araya gələrək konkret addımlar atması və gələcək nəsillər üçün planetimizi qorumaq üçün tədbirlər görməyin vaxtının çatdığıdır.

Bəyanatın son hissəsində qeyd edilir ki, bütün dünyada insanların hüquqlarını qorumaq və gələcək nəsillər üçün yaşanabilir bir dünya yaratmaq üçün davamlı əməkdaşlıq zəruridir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər