9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətNiderland F-16 Təyyarələrini İstismardan Çıxarıb

Niderland F-16 Təyyarələrini İstismardan Çıxarıb

Niderland Hərbi Hava Qüvvələri (HHQ) uzun müddət istifadə edilən “F-16” qırıcılarını tamamilə istismardan çıxarıb və “F-35” döyüş təyyarələrinə keçid edib.

Daylinews-az.com TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. “F-16” qırıcıları vida uçuşları ilə əməliyyatlarını başa vurub. Uçuşlar Vliland adası, Susterberq aviabazası və Haaqadakı Müdafiə Nazirliyi binası üzərindən 400 metr yüksəklikdə həyata keçirilib.

Bu təyyarələr Niderlandda 45 ildən artıq müddətdə geniş istifadə edilib və hərbi əməliyyatlarda mühüm rol oynayıb.

İstismara uyğun olmayan və ya satılmayan “F-16” təyyarələrinin başqa ölkələrə təhvil veriləcəyi qeyd olunub. Ümumilikdə, 42 qırıcı təyyarə təhvil veriləcək, onlardan 18-i Rumıniyada yerləşən pilotların təlim mərkəzinə, qalan 24-ü isə Ukraynaya göndəriləcək. Hazırda 14 qırıcı artıq Rumıniyaya çatdırılıb. Ukraynaya veriləcək qırıcıların dəqiq sayı təhlükəsizlik səbəblərinə görə açıqlanmır.

Xatırladaq ki, Niderland 2019-cu ildə “F-35” təyyarələrinə keçid etməyə başlamışdı. ABŞ-dən sifariş edilən 52 təyyarədən 40-ı artıq Niderland HHQ-də xidmətdədir. Bundan əlavə, Niderland Müdafiə Nazirliyi yaxın zamanda əlavə olaraq altı “F-35” təyyarəsi almaq planlarını açıqlayıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər