Vankuverdə keçirilən İsveçrə – Kanada qarşılaşmasının ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə Avropa təmsilçisi oyunun gedişatını tam dəyişərək üstünlüyü ələ alıb. Ruben Varqas və Manzambinin qolları İsveçrəyə rahat üstünlük qazandırıb.
Kanada son dəqiqələrdə Promis Devidin dəqiq zərbəsi ilə fərqi azaltsa da, qalan vaxtda hesabı bərabərləşdirmək mümkün olmayıb. Beləliklə, İsveçrə 2:1 hesablı qələbə qazanaraq B qrupunda mövqeyini gücləndirib və pley-off yolunda mühüm addım atıb.
Bosniya və Herseqovina Qətərə şans vermədi

Qrupun digər qarşılaşmasında Bosniya və Herseqovina millisi Qətərlə üz-üzə gəlib. Balkan təmsilçisi ilk hissədə üstün futbol nümayiş etdirərək Kərim-Sem Alaybegoviçin qolu və Sultan Əl-Brakenin avtoqolu sayəsində ciddi üstünlük əldə edib.
Qətər fasiləyə qədər Həsən Əl-Haydosun qolu ilə ümidlərini artırsa da, ikinci hissədə Bosniya və Herseqovina oyuna tam nəzarət edib. Görüşün sonlarında Ermin Mahmiç fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib və matç 3:1 hesabı ilə başa çatıb.
DÇ-2026, B qrupu – III tur






