Amerikalı müğənni, bəstəkar, prodüser və aktyor Castin Timberleyk bu yay Bakı Olimpiya Stadionunda çıxış edəcək. Konsert məşhur ifaçının Forget Tomorrow dünya turunun bir hissəsidir.
Təşkilatçılar – iTicket Production və Dream Group International – məlumatı rəsmi şəkildə təsdiqləyib. Möhtəşəm şounun 27 iyulda baş tutacağı bildirilir. Biletlərin satışına isə 14 aprel saat 12:00-da start veriləcək. Biletləri iTicket.az saytından, mobil tətbiqdən və şəhər kassalarından əldə etmək mümkün olacaq.
Timberleyk haqqında qısa məlumat:
- Doğum tarixi: 31 yanvar 1981, Memfis, Tennessi, ABŞ
- Karyeraya başlanğıcı: “*N Sync” pop qrupunun üzvü
- Solo debüt: 2002-ci ildə “Justified” albomu ilə
- Digər məşhur albomları: FutureSex/LoveSounds, The 20/20 Experience
- Janrlar: Pop, R&B, soul
Bakıda keçiriləcək bu tədbir, həm yerli fanatlar, həm də beynəlxalq musiqisevərlər üçün ilin ən yaddaqalan musiqi gecələrindən biri olacaq.





