ABŞ-ın sabiq prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışından fraqmenti sosial şəbəkələrdə yayımlayıb.
Daylinews-az.com xəbər verir ki, Trampın paylaşdığı videoda Prezident İlham Əliyevin onunla bağlı forum zamanı səsləndirdiyi fikirlər yer alır. Dövlət başçısı çıxışında ABŞ-ın sabiq prezidentinin xarici siyasətini və Azərbaycana yanaşmasını müsbət qiymətləndirib:
“Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim ki, onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.
Paylaşım Trampın sosial media hesabında minlərlə baxış və reaksiya toplayıb. Onun tərəfdarları Prezident Əliyevin fikirlərini dəstəkləyən şərhlər yazıblar.





