Xalq artisti Afaq Bəşir qızı Səfərova Azərbaycan Prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.
Daylinews-az.com-un məlumatına görə, President.az-a istinadən bildirilib ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Afaq Səfərova Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə bu yüksək dövlət mükafatına layiq görülüb.





