1xBet 4-cü tur çərçivəsində keçiriləcək möhtəşəm Çempionlar Liqası matçını elan edir. Oyun 5 noyabrda Bakıda baş tutacaq və bütün Azərbaycan futbol ictimaiyyətinin diqqətini cəlb edəcək.
Hər fürsətdən yapışmaq
Atletikoya (1:3) məğlubiyyətdən sonra Qarabağ Çempionlar Liqasının əsas mərhələsində 6-cı yerdən 13-cü yerə enib. Bununla belə, Bilbao oyununda Qarabağın Benfika və Kopenhagen üzərindəki tarixi qələbələrdən sonraa rxayınlaşmadığı, hər oyunda nəticə uğrunda mübarizə aparmağa hazır olduğu göründü. Lakin rəqiblərin səviyyə baxımından üstünlüyünü hər zaman fədakarlıq və məşqçi ideyaları ilə kompensasiya etmək mümkün olmur.
Qurban Qurbanov xəbərdarlıq etmişdi ki, uğurlu startdan sonra rəqiblər Qarabağa qarşı maksimum ciddiliklə çıxış edəcəklər. «Köhlən Atlılar» Çelsiyə – rəqibləri arasında ən güclüsünə – nə ilə cavab verə biləcəklər?
- Əvvəla, Kaşukun, Leandro Andradenin, Nəriman Axundzadənin, Kamilo Duranın sürətli hücumlarına, eləcə də Kadi Borjesin, Marko Yankoviçin və Abdella Zubirin yaradıcılığına əsaslanan əks-hücumlar. Çelsinin hücumçuları top itkisi sonrası müdafiəyə qayıtmaqda hər zaman fəal olmurlar.
- İkincisi, Qurban Qurbanov yəqin ki, rəqib qapısı qarşısında standart vəziyyətlərəxüsusi diqqət yetirəcək. «Mavi-göylər» bu cür epizodlarda tez-tez çətinlik çəkirlər, Qarabağ isə Çempionlar Liqasının əsas mərhələsində artıq iki dəfə standart vəziyyətdən qol vurub.
- Üçüncüsü, müdafiədə fədakarlıq və səhvlərin minimuma endirilməsi vacibdir. Üstəlik, Çelsinin hücum xəttindəki vəziyyəti ilk baxışda göründüyü qədər də yaxşı deyil.
Sabitlik axtarışında
Çelsi 3 turdan sonra Qarabağı yalnız top fərqinə görə qabaqlayır. London təmsilçisi Çempionlar Liqasında reytinqinə uyğun çıxış edir: əvvəlcə səfərdə Bavariyaya (1:3) uduzdu, daha sonra favorit kimi evdə Benfikanı (1:0) və Ayaksı(5:1) məğlub etdi.
Yay mövsümünün əsas klub turnirində qələbədən sonra «Mavi-göylər» anladılar ki, kubokun qiyməti yığılan yorğunluq və yarımçıq keçən mövsümöncəsi hazırlıq olub. Heyətin inanılmaz dərinliyi ilə bağlı stereotiplərə baxmayaraq, Çelsidə mərkəz hücumçusu mövqeyində problemlər var: Liam Delap yeni sağalıb, Joao Pedronun zədəsi var, Mark Giu isə kifayət qədər səviyyəli deyil. Amma əsas problem – zədə səbəbindən dekabra qədər oynaya bilməyəcək Koul Palmerin yoxluğudur.
Lakin Çelsinin problemləri İPL oyunlarında və ya Bavariya kimi bir maşın qarşısında açıq şəkildə özünü göstərir. «Mavi-göylər»in səviyyə baxımından aydın üstünlüyü olduqda isə nəticəni ya keyfiyyətli oyunçuların fərdi bacarıqları (Pedro Netu, Enso Fernandes, Moyses Kaysedo, Estevan, Tayrik Corc, Ceymi Gittens), ya da rəqib qapısı qarşısındakı standart vəziyyətlər təmin edir.
Şəxsi qarşılaşmalar
Qarabağ 2017-ci ilin payızında Çempionlar Liqasının qrup mərhələsində Çelsiyə qarşı oyunları yəqin ki, unutmaq istərdi – Londonda 0:6 və Bakıda 0:4 hesabı ilə məğlubiyyət.
Çempionumuzu 1xBet Azərbaycanla birlikdə dəstəklə!





